Gələn il tələbə təqaüdləri 2.4 dəfə azaldılacaq

  • By admin
  • 02 Noyabr 2017 12:32

Gələn il dövlət büdcəsində tələbələr üçün nəzərdə tutulan tələbə təqaüdləri xərcləri 24 dəfə ixtisar ediləcək. 

Gununsesi.info bunu Hesablama Palatasının 2018-ci il büdcəsinə dair Rəyində qeyd edilir.

Rəydə göstərilir ki, azalma ilə proqnozlaşdırılmış istiqamətlərdən biri də tələbələrə verilən təqaüdlərlə bağlıdır. Belə ki, 2017-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 2,4 dəfə az olmaqla 23,775,7 min manat vəsait nəzərdə tutulub.

Hesablama Palata azalmanın dəqiq səbəblərini göstərməyib. Lakin tələbə təqaüdlərinə dair qeydlərdə bildirir ki, cari ilin büdcəsindən fərqli olaraq 2018-ci ilin dövlət büdcəsinin layihəsində dövlət sifarişi ilə təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği ayrı sətirdə deyil, “Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlərlə bağlı xərclər”lə bağlı birdəfəlik təyinatlı xərcin tərkibində göstərilib: “Əvvəlki illərin büdcə layihələrinə təklifləri nəzərə alınaraq cari ilin büdcəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Qərarına uyğun olaraq dövlət sifarişi ilə təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri ayrı sətirdə proqnozlaşdırılıb. 2018-cı ilin dövlət büdcəsi layihəsində isə qeyd olunan xərclər “Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlərlə bağlı xərclər”lə bağlı birdəfəlik təyinatlı xərcin tərkibində nəzərdə tutulub. Büdcə təsnifatının prinsipləri və proqnozlaşdırmanın şəffaflığı baxımından büdcə layihələrində bu sahədə Hesablama Palatası tərəfindən təqdim olunmuş rəylərdə təkliflərin nəzərə alınmasını məqsədəuyğun hesab edirik”.

Vüsalə Rüstəmova

Gununsesi.info