
2017-ci ilin dövlət büdcəsi layihəsində ilk dəfə olaraq sosial mənzillərintikintisi və ipoteka ilə bağlı xərclərə 100 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.
Gununsesi.info Hesablama Palatasının gələn ilin büdcəsinə dair rəyinə istinadən xəbər verir.
Rəydə bildirilir ki, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti üzrə əvvəlki illərdənfərqli olaraq vəsait nəzərdə tutulmayıb. 2005-2015-ci illər ərzində dövlətbüdcəsindən Fonda ayrılmış vəsaitlər Cəmiyyətin nizamnamə kapitalına aid edilmişdi. Bu məqsədlə nizamnamə kapitalının artımına 50 milyon manat ayrılırdı.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanı ilə“Azərbaycan İpoteka Fondu” ASC-nin nizamnamə kapitalı 307,2 milyon manathəcmində müəyyən edilib.Son illərdə dövlət büdcəsində sosial ipoteka üçün nəzərdə tutulmuş vəsaitinartımı nəticəsində dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fondda 2016-cı ilin sonuna 312 mln. manat məbləğində ehtiyatının yaranması gözlənilir.
Qeyd edirik ki, AİF-də aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq 2016-cı ilinbirinci yarımilliyində ipoteka kreditləri üzrə fond tərəfindən maliyyələşmə həyatakeçirilməməsi səbəbindən cari ilin 6 ayı üzrə hesabat xarakterli məlumatlar təqdimedilməyib.
Əvvəlki illərdə olduğu kimi, dövlət maliyyə vəsaitlərindən asılılığı azaltmaqməqsədi ilə kənar vəsaitlərin cəlb olunması istiqamətlərindən biri kimi İpoteka Fondununqiymətli kağızlar bazarında fəal iştirakının təzahürü kimi emissiya olunan istiqrazlarınyerləşdirilməsi, dövlət istiqrazlarının alınması, kommersiya banklarında depozitlərinyerləşdirilməsini də qeyd etmək olar.
Vüsalə Rüstəmova
Gununsesi.info