
Beş min qonaq dəvət edildiyi toyda gəlinə qızıl hədiyyə vermək üçün yarışa girib, növbəyə durdular. Gəlinin boynuna qızıldan onlarla qızıl sep, boyunbağı, kolye, qollarına bilərzik və baramaqlarına üzük hədiyyə taxıldı ki, gəlin onları daşımaqda çətinlik çəkdi, digərləri yaxınları ona yardım etdi.
Gununsesi.info haberturk-ə istinadən xəbər verir ki, Hakkaridə Goyi əşirətinin öndə gedən liderlərindən olan iş adamı Mehmet Sevenin oğlu Özgür seven ilə Kırıkkaleli müəllimə Başak Sözdinler toy mərasimində gəlin və bəyə qızıl hədiyyə vermək üçün uzun bir növbə yaranıb.
Toya çox tanınmış isimlər, hətta Şimali İraqdan və qonşu əyalətlərdən tanınmış siyasilər, məmurlar, iş adamları bölgədəki əşirət tayfa rəhbələri qatılıb.
Bəy və gəlin üçün Hakkarinin Bay Köyündə iki gün, iki gecə davam edən toy məclisi qurulub. Beş min qonağın iştirak etdiyi toyda AKP Kocaeli millət vəkili Zeki Aygün, Şimali İraqın kürd bölgəsinin rəhbəri Məsut Bərzaninin xüsusi nümayəndəsi Azad Goyi, Hakkarinin sabiq deputatı Abdulmatallip Özbek, Fehmi Öztunç, Durankaya bələyidiyyə baçkanı Fatih Keskin, CHP Hakakrı il başkanı Aytekin Karahanlı, MHP Hakkarı il başkanı Fatih Özbek və digər tanınmış iş adamları, əşirət liderləri və məmurlar toyda qonaq qismində iştirak edib.

Gununsesi.info












