Ağdamda gəlin maşını qəzaya uğrayıb.
Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində qeydə alınıb.
Toy karvanındakı Ağdam rayon sakini Qabil Abbasova məxsus “Lexus” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə minik maşını dəmir hasarı uçuraraq yolun kənarındakı fərdi yaşayış evinin həyətinə girib. Avtomobil evin həyətində olan İlhamiz Quliyevi vurub. Yaralı təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilir ki, yaralının vəziyyəti orta ağır olaraq qalır.
Faktla bağlı Rayon Polis şöbəsində araşdırma aparılır.
Gununsesi.info