Gəlin namizədi bacısına toya gəlməyi qadağan etdi

  • By admin
  • 30 İyun 2020 21:53
İngiltərədə toy hazırlıqları zamanı ilginc hadisə yaşanıb.
Gununsesi.org moderator.az-a istinadla xəbər verir ki, sentyabr ayında baş tutacaq toya hazırlaşan gəlin namizədi 14 yaşlı bacısına sinəsi böyük göründüyü üçün toya gəlməyi qadağan edib.
Sözügedən gəlin namizədi bacısının toyda ondan daha çox diqqət çəkəcəyini düşündüyü üçün bu cür addım atdığını söyləyib. Yeniyetmə qız sosial mediada baş verənlərdən söhbət açdıqdan sonra gəlin namizədi izləyicilər tərəfindən tənqid edilib.
Toya gəlməyi qadağan edilən qız  “Bu günə qədər heç vaxt toya getməmişəm. Bacımın toyunu çox maraqla gözləyirdim. Bacımla toy paltarı seçmək üçün alış-verişə getdik. Bəyəndiyim geyimi geyinəndə bacım sinəmin böyük göründüyünü və toyda iştirak etməyimi istəmədiyini söylədi” deyib.
Gununsesi.org