Hindistanın Uttar Pradeş əyalətinin sakini öz toyundan üç gün sonra “qardaşı” ilə qaçıb.
Cütlüyün 25-28 noyabr tarixlərində toyu olub.
28 noyabrda sevgilisi özünü qızın qardaşı kimi təqdim edərək gəlinin yanına gəlib. Onlar həmin gecə zinət əşyalarını da götürərək evdən qaçıb.
Bəyin ailə üzvləri gəlini və “qardaşını” tapa bilmədikdən sonra gəlinin qohumları ilə əlaqə saxlayıb. Gəlinin anası və kürəkəni polisə şikayət edərək qızın tapılmasını tələb edib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları “qaçaqları” tapmaq üçün heç bir tədbir görməyib.
Bəyin, ailə üzvlərinin və gəlinin anasının təkrar müraciətindən sonra polislər qısa müddətdə qadını və sevgilisini tapacaqlarına əmin ediblər.