Gəlin uşaqların təhlükəsiz gələcəyini təmin edək - MİLLƏT VƏKİLİ

  • By admin
  • 25 Aprel 2017 09:52
sevinc 
Belə bir təkliflə AŞPA-nın yaz sessiyası çərçivəsində sərbəst müzakirələr zamanı çıxiş edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin  sədr müavini Sevinc Fətəliyeva çıxış edib.
 Gununsesi.info xəbər verir ki, müzakirlər zmanı çıxış edən azərbaycanlı millət vəkili Sevinc Fətəliyeva son dövrlədə dünyadakı münaqişələrdən əziyyət çəkən uşaqların taleyinə dünya birliyinin biganə yanşamasına və beynəlxalq aləmin bu məsələyə diqqətin yönəldiməsinin vacibliyini dilə gətirib. “Son vaxta qədər “müharibə”sözü millətindən və dinindən asılıolmayaraq dünyada hər kəsi qorxudan və  dəhşətə qədirən söz idi.  Təssüflər olsun ki, bu söz artıq tez-tez işlənən kəlmələrdən birinə çevirilib. Tədricən biz dözümsüzlük, qəddarlıq, düşmənçılık və nifrət  kimi anlayışlara alışmışıq.
Suriya, Ukrayna, Dağlıq Qarabağ və bir çox başqa yerlərdə minlərlə uşaqlar hücuma məruz qalır,  uşaqların həyatları alt-üst olur. Azərbaycanda cəbhə bölqəsində yaşayan uşaqlar erməni snayperlərin hədəfi olur, partlayıcı cıhazlardan həyatlarını, doğmalarnı itirirlər. Hər uşağın sağlamlığına,rifahına və gələcəyinə təsir edən dəhşətli nəticələr onların həyatında daim  iz qoyur”- deyə, S. Fətəliyeva vurğulaıb.
Onun sözlərinə görə, ətrafdaki ğüllə səsləri uşaqların həyatlarından faydalanmaqlarının qarşısını alır.
 “Münaqişə zonalarından gələn dəhşətli xəbərlər almağa alışsaq da, bu yaxınlarda Suriyanın İdlib əyalətində  baş verən  faciə bizi sarsıtdı. Hamımız ölümcül kimyəvi hücum nəticəsində gənc uşaqlar və körpələrin şəhid olmasının görüntülərini gördük. Suriyada 6 il davam edən müharibə, digər münaqişələr kimi: Dağlıq Qarabağdaki, Ukraynadakı və s. uşaqlar üçün qorxulu yuxuya çevirilib. Bu vəziyyətin nə qədər kritik olmasını və uşaqların yardıma ehtiyac olduğunu göstərir”- deyə, o, bildirib.
S. Fətəliyeva bildirib ki, biz artıq hərəkətə keçməliyik: “Münaqişələrin uşaqlara verdiyi zərbələr və yaralar heç də asan keçməyəcək. Hər bir uşağın təhlükəsiz ğələcəyi təmin olunmalıdır. Etiraf etmələyik ki, biz parlament assabmleyası olaraq həmin münaqəşələrin sülh yollu ilə həll edilməsinə təziq qöstərə bilmirik.
Bu gün biz özümüzə sual verməliyik: Kifayət qədərmi  uşaqalrı müdafiə edirik?! Bəlkə bəstir bəyanət verməkdən çəkinməliyik?! Bəlkə indi tam vaxtıdır ki, biz bəyənatlardan real addımlara keçək? Biz bütün münaqişələrdə uşaqların təhlükəsizliyini təmin edərək, qorumaq üçün müəyyən siyasi qarar qəbul etməliyik. Yalnız bu yolla uşaqların təhlükəsiz gələcəyini təmin edə bilərik ! “
Mürtəza
Gununsesi.info