Gəlinini güllələyən 84 yaşlı qaynata həbsxanada ölüb

  • By admin
  • 07 Aprel 2017 15:58

hebsxana-1

Azərbaycanda daha bir məhkum ölümü qeydə alınıb.

Gununsesi.info-nun məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alanb, 1933-cü il təvəllüdlü Hüseynəli Abdulla oğlu İsmayılov xəstəlikdən ölüb.

Qeyd edək ki, 84 yaşlı H. İsmayılov  2013-cü ildə yaşadığı Şəki rayonunda ov tüfəngi ilə gəlini İsmayılova Azadə Məmməd qızını güllələyərək qətlə yetirib.

Gununsesi.info