Gəlinini yaba ilə öldürən şəxsin cinayət işi icraata verildi

  • By admin
  • 16 Noyabr 2016 18:48

mehkeme-1

Xaçmaz rayonunda qətldə təqsirləndirilən Məlikməmməd Adıgözəlovun cinayət işi məhkəmə icraatına verilib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, cinayət işinə Bakı Ağır Cinaəyətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, qətl hadisəsi bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.

Gununsesi.info