Gəmidə yerləşən meşə - FOTOLAR

  • By admin
  • 10 İyul 2017 11:20

ss-ayrfield-homebush-bay-6[2]

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın Houmbuş körfəzində tərk edilmiş gəmi meşəyə çevrilib. “SS Airfield” adlı gəminin 102 illik tarixi var.

Gəmi Sidneyin qərbindəki körfəzdə yerləşir. 1911-ci ildə İngiltərədə hazırlanmış gəmi bir il sonra Avstraliyada qeydiyyata alınmış, İkinci Dünya müharibəsi zamanı amerikan əsgərlərini daşımışdır. Müharibədən sonra isə “SS Airfield”dən İngiltərə və Avstraliya arasında yükdaşıma gəmisi kimi istifadə olunub.

1972-ci ildən etibarən istifadəyə yararsız hesab olunan gəminin içərisində ağaclar bitməyə başlayıb və tədricən nəhəng meşə əmələ gəlib. Nağılvari görüntüyə malik olan gəminin içərisində ağacın bitməsi nadir hadisələrdən sayılır.

Necə yarandığı bəlli olmayan bu meşə hazırda turistlərin diqqəti cəlb etməkdədir.

8156618b53b1e1a46e006e62e08abe47

 

a624b493f000f1fa92d04ea5e931e945

 

ss-aryfield

 

ss-ayrfield-homebush-bay-6[2]

Gununsesi.info