Gəncə-Daşkəsən yolunda maşın piyadanı vurub

Gəncə-Daşkəsən yolunda maşın piyadanı vurub

Gəncə-Daşkəsən yolunda piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, hərəkətdə olan “VAZ 2109” markalı avtomobil bir kişini vurub. Sürücü vurduğu piyadanı xəstəxanaya çatdırıb.

Yaralıya müvafiq tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin ehtimala əsasən, hadisə zamanı piyada sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS