Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olundu -Foto

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.

Gununsesi.info xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.
O, son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına isə Oleq Əmirbəyov direktor təyin olunub.

Əməkdar artist Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.