
“Yunis Səfərovla birgə həbs edilən və sabit cinayətkar qrupun üzvləri kimi təqdim edilərək mühakimə edilmiş, həm də 10 iyul 2018-ci il tarixində təşkil edilmiş etitaz aksiyasına görə həbs edilmiş şəxslərə qarşı ittihamlar üzrə həmin şəxslərin təqsirinə dəlalət edən mötəbər sübutlar mövcud deyil”.
Bunu Gununsesi.info-ya açıqlamasında hüquq müdafiəçisi Rəsul Cəfərov deyib.
Onun sözlərinə görə, cinayət işinin materiallarında olan ziddiyyətlər, suallar və elə ittiham tərəfinin istinad etdiyi xüsusatlar ittihamı sübut etmir, əksinə onu təkzib edir: “Bu iş üzrə hazırda 15 nəfər şəxs siyasi motivli qərarlar nəticəsində cəzaçəkmə müəssisələrindədir. Onlardan bir qrupunun işinə yaxın vaxtlarda Ali Məhkəmənin Cinayət Kollegiyasında baxılması gözlənilir və işə obyektiv baxılacağı halda onların azadlığa buraxılması üçün hüquqi əsaslar mövcuddur. Digər şəxslərin də azadlığa buraxılması üçün hüquqi mexanizmlər işə salınmalıdır. Biz hüquq müdafiə təşkilatı olaraq nəticə əldə edənə qədər bu çağırışları davam etdirəcəyik”.
Afət Abbasova
Gununsesi.info