Gəncə şəhər 10 saylı məktəbdə 8 Mart bazarlığı

  • By admin
  • 07 Mart 2017 09:56

8mart

Gəncə şəhərindəki  10 saylı məktəbdə 8 mart bayramı ilə əlaqədar şagirdlərdən pul yığılır.

Bu barədə Gununsesi.info-ya adı çəkilən məktəbdə oxuyan uşaqların valideyinləri müraciət ediblər.

Müraciətdə deyilir:

“Pul məktəbin direktoru Arzu Əliyevanin göstərişi ilə toplanır. Arzu  Əliyeva məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. Məktəbdə hər şey rüşvətlə həll edilir.Qarşıdan gələn 8 mart günü münasibəti ilə  də  pul yığılır. Bu proses hər il bütün bayramlardan qabaq  gedir. Məktəbdə yığılan pulların çoxu Arzu Əliyevaya çatdığından  pullar onun şəxsi göstərişi ilə yığılır. Bu bayramla əlaqədar  Gəncə şəhərindəki 10 saylı məktəb  “gücləndirilmiş iş rejiminə” keçib. Həmin “rejim” isə ondan ibarətdir ki, indidən müəllimlər şagirdlərə bayram hədiyyəsi ilə bağlı xəbərdarlıq edib. Hər kəsə məlumdur ki, mart ayı girər-girməz məktəblərdə “mart yığımı”nın qızğın dövrü başlanır. Necə deyərlər, belə fürsət hər zaman ələ düşmür. İndi əsl məqamdır. Müəllimə gül dəstəsi bağışlamaq  Arzu xanımın direktor olduğu məktəbdə  əskiklik sayılır. Arzu müəllimənin fikrincə gül dəstəsi, ya süpürgə, fərqi yoxdu. Şagirdin başına çırpır o gülü. Elə sözlər deyir ki,adam mat qalır. Kasıb uşağa da yuxarıdan aşağı baxırlar ki, niyə pul gətirmirsən? Valideyn də övladı başı aşağı olmasın deyə, məcbur qalıb borc da olsa tapıb pul verir.

Təhsil Nazirliyi  də 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə şagirdlərdən pul yığılması ilə bağlı  guya barmaq silkələyib. Amma nə fayda, kimdi Mikayıl Cabbarovu vecinə alan.. .

Dərd burasındadır ki, valideynlər bu çirkin pul yığımı kampaniyasının aparıcı üzvlərinə çevriliblər. Pul yığılmasını  Arzu xanıma yaxın olan bəzi  valideynlər həyata keçirir. Arzu xanımın göstərişi ilə  hər şagirddən 40-50  manat məbləğində pul yığılması tələb olunur. Təhsil nazirliyində Mətin müəllimə arxayındır , onu qoruyan adam var, ona görə də  istədiyini edir. Gəncə şəhərində hamı   yaxşı bilir ki, Arzu xanım açıq bazar yaradıb. Təhsil İdarəsinin müdiri Zakir Hüseynova da demişik. Amma o da heç  bir  tədbir görmür.Pul vermək istəməyən valideyinlər hər cür təhqir olunur,ələ salınır, yuxarıdan aşağı baxırlar ki, niyə pul  gətirmirsən? Bu məsələ nə vaxta kimi davam edəcək?Şəxsən mənim həmin məktəbdə 3 uşağım təhsil alır,mən hardan tapım onlara pul verim?

Hörmətli redaksiya xahiş  edirik ki, bu məsələni ictimailəşdirəsiz”.

Hörmətlə, bir qrup

imkansız valideyn

Gununsesi.info