Gəncə şəhərində yolu keçmək istəyən 2 piyadanı maşın vurub

  • By admin
  • 17 Sentyabr 2016 23:53

piya

 

Gəncə şəhərində yolu keçmək istəyən 2 piyadanı maşın vurub.

Gəncə Şəhər Nizami Rayon Polis İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, şəhərin Atatürk prospektində yolu keçmək istəyən şəhər sakinləri, 1995-ci il təvəllüdlü Şamxal Qurbanov və həmyaşıdı Tural Musayevi dövlət nömrə nişanı “20-CM-100” olan “Mercedes” markalı avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan hər iki piyadanı sürücü öz avtomobili ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb. Xəstəxanadan onların hər ikisinin vəziyyətinin orta-ağır olduğu bildirilib.

Fatkla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info