Gəncə sakini özünü bıçaqladı

  • By Mayil
  • 23 Avqust 2016

bicaq

Gəncə şəhər sakini özünə bıçaqla xəsarət yetirib.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Aynur Cabbarova qarının kəsilmiş-deşilmiş və sol bazunun kəsilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir. A. Cabbarova özü özünə bıçaqla xəsarət yetirdiyini deyib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info