Gəncə sakini sirkə turşusundan zəhərləndi

  • By admin
  • 19 İyul 2017 20:43

ambulani

Gəncədə zəhərlənmə olub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, şəhərin Məhsəti qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əliyev Günel sirkə turşusu ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı ilə mübahisə edərək sirkə turşusu içib və zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info