Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

  • By admin
  • 17 Dekabr 2019 22:47

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.org-un məlumatına görə, hadisə Köhnə Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb.

Şəhər sakini 32 yaşlı Məhəmmədəli Hüseynov sağ budun deşilmiş yarası ilə xəstəxanaya yerləşdilib.

Yaralı dərhal ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Xəstənin sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, ilkin məlumata görə, M.Hüseynov dostu ilə kafedə yeyib-içdikdən sonra bıçaqlanıb.

Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.

 

Gununsesi.org