“Gəncə və Mingəçevir raket hücumlarına məruz qalıb” - HİKMƏT HACIYEV

  • By admin
  • 17 Oktyabr 2020 01:36

“Ermənistanın humanitar atəşkəs arxasında gizlənən silahlı qüvvələri terror və hərbi cinayət əməllərini davam etdirir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

HTML tutorial

“Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Xəsarət alanlar və dəyən zərər dəqiqləşdirilir”, – o qeyd edib.

 

 

Gununsesi.info