Gəncədə 14 yaşlı oğlan bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə “Kolxoz Bazarı” adlanan ərazidə qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü İbrahimov Elsun Zaur oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

 Yeniyetmə ətrafdakı insanların yardımı ilə Gəncədə yerləşən xəstəxabalardan birinə gətirilib və əməliyyat edilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanıb.

Gununsesi.org