Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı

  • By Ayshan
  • 09 Noyabr 2025 20:27

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini, 2009-cu il təvəllüdlü E. Əliyev ayaq nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib, yarası tikilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, yeniyetmə dostu tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (yenisabah.az)