Gəncədə 2 nəfər dəm qazından zəhərlənib

  • By ilhame
  • 03 Mart 2024 16:23

Gəncədə 2 nəfər dəm qazından zəhərlənib.

 

Gununsesi.info-nun məlumatına görə, Gəncə şəhər sakinləri, 1992-ci il təvəllüdlü A Hümbətov və G.Yusibova dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılıb.

 

Onlara tibbi yardım göstərilib, vəziyyətləri sabitləşdikdən sonra hər iki şəxs evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info