Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub

Gəncə şəhərində dəm qazından ölüm faktı qeydə alınıb.

Gununsesi.info-nun Qərb bürosunun məlumatına görə, şəhər ərazisində binaların birində kirayədə yaşayan 1998-ci il təvəllüdlü Ş.Məmmədov dəm qazından boğularaq ölüb.

Onun meyiti tibbi ekspertizaya aparılıb.

Fakt araşdırılır.

Gununsesi.info