Gəncədə 26 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb

  • By admin
  • 25 Dekabr 2016 14:12

elektrik

 

Goranboy rayon sakinin Gəncədə elektrik cərəyanı vurub.

APA-nın  verdiyi məlumata görə, hadisə Türklər qəsəbəsində baş verib.

Yeni tikilməkdə olan obyektlərin birində çalışan Goranboy rayon sakini 1990-cı il təvəllüdlü Paşayev İsmət Mahmud oğlu işləyən zaman elektrik cərəyanı onu vurub. Ona dərhal yardım göstərilsə də, həyata qaytarmaq mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Gununsesi.info