
Kəlbəcər rayon sakini Gəncədə bıçaqlanıb.
Gununsesi.info məlumatına görə, Gəncədə məcburi köçkünlər üçün salınan yeni şəhərcikdə yaşayan Kəlbəcər rayon sakini, 1990-cı il təvəllüdlü Orxan Məlikov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, bıçaqlanma hadisəsi şəhərin Nizami Gəncəvi küçəsində baş verib. Hadisəni törədənin kimliyi məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info