Gəncə sakini dərmandan zəhərlənib.
Gununsesiaz.info-nun xəbərinə görə, şəhər sakini, 1985-ci il təvəllüdlü Pərviz Axundov dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. P.Axundovun hələ ki, bilinməyən səbəbdən evdəki müxtəlif çeşidli dərmanları içərək zəhərləndiyi bildirilir.
Gununsesiaz.info