Gəncədə 41 yaşlı kişi sükan arxasında infarkt keçirdi – 6 avtomobil bir-birinə çırpıldı

  • By admin
  • 13 Sentyabr 2016 19:35

gence

 

HTML tutorial

Gəncənin Şeyx Bahəddin küçəsində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb. 

“Mercedes” markalı avtomobilin sürücüsü 41 yaşlı Ziyad Əliyev infarkt keçirdiyindən idarəetməni itirib və nəqliyyat vasitəsi “Hundai Sonata” markalı avtomobilə çırpılıb. “Hundai” “KİA”-ya, o isə öz növbəsində “VAZ 2105”-ə dəyib. Daha sonra isə “Mercedes” markalı nəqliyyat vasitəsi  “Niva” və “VAZ 2107”-ə dəyib.

Zərbənin təsirindən “VAZ” yaxınlıqdakı mağazaya çırpılıb. Bu zaman avtomobil yol kənarında dayanan iki nəfəri – 37  yaşlı Seymur İsmayılovu və 28 yaşlı Mirvari Tağıyevanı vurub. Qəza zamanı “VAZ 2107”-də olan qadın sərnişin də xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və Təcili Tibbi Yardım çağırılıb.

 

Gununsesi.info