Gəncədə 5-ci mərtəbədən yıxılan qız sağ qalıb

  • By admin
  • 22 Dekabr 2016 22:40

tecili

Gəncədə 17 yaşlı qız beşinci mərtəbədən yıxılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsi, bina №1-də baş verib. 1999-cu il təvəllüdlü Təzəgül Əliyeva 5-ci mərtəbənin eyvanında paltar asarkən oradan yerə yıxılıb. Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info