
Gəncədə Nizami prospektində ağır yol qəzası baş verib.
Gununsesi.info ARB Kəpəz-ə istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi zamanı “Kia” və “Lada” markalı avtomobillər toqquşub.
Hadisə zamanı yaralanan 2 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Onlardan biri reanimasiya, digəri isə travmatologiya şöbələrinə yerləşdirilib.
Qeyd edək ki, dünyasını dəyişən şəxs isə morqa aparılıb.
Anar
Gununsesi.info