Gəncədə ağır qəza:  3 yaralı

  • By admin
  • 01 Oktyabr 2017 12:33

9e4fb2cf2f612411d19c21cf3e493d9c
Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın  verdiyi məlumata görə, hadisə şəhərin qərb çıxışında qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər Şəmkir rayon sakinləri, 1993-cü il təvəllüdlü Mirməmmədov Rəşad, 1988-ci il təvəllüdlü Cəfərzadə Vaqif və 1993-cü il təvəllüdlü Hüseynov Natiq müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info