Gəncədə ağır qəza: ÖLƏN VAR

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info-nun xəbərinə görə, yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Cəlil Cənnətovu minik avtomobili vurub.

HTML tutorial

C.Cənnətov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info