Gəncədə ağır qəza: xəsarət alanlar var

Gəncə şəhərində, 3-cü mikrorayon ərazisində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, “QAZel” markalı mikroavtobusla “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində mikroavtobusda olan iki nəfər xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

HTML tutorial

Mikroavtobusda Şəmkir rayonunda təsərrüfatda işləyən fəhlələrin olduğu bildirilir.

Xatırladaq ki, bir neçə saat öncə də Gəncə şəhərində sərnişin daşıyan avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info