Gəncədə ağır yol qəzası - VİDEO

  • By Günel
  • 13 Yanvar 2025 21:51

Gəncə şəhərində ağır yol qəzası baş verib.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, hadisə şəhərin “Totanlı dairəsi” adlanan ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2106” və “VAZ2107” markalı avtomobillər toqquşub.

İlkin məlumata əsasən qəzada biri azyaşlı olmaqla bir neçə nəfər xəsarət alıb.

2016-cı il təvəllüdlü T.H Gəncə Birləşmiş Xəstəxanasına aparılıb. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info