
Bu gün Azərbaycanda Aşura Günü qeyd olunub. Gununsesi.info-nun xəbərinə görə, Gəncə şəhərində Aşura Günü böyük izdihamla müşahidə olunub. Gəncə və ətraf rayonlardan cəlb olunan polis qüvvələri şəhərdəki İmamzadə türbəsinə piyada gedənlərə maneçilik törədib.
Hətta Şəmkirdən belə İmamzadəyə niyyət edib, ayaqla gələnlərin qarşısı alınıb. Onlar avtobuslara doldurularaq, İmamzadə ətrafında endirilib.