Gəncədə yol qəzası baş verib.
Gununsesi.info-nun yerli bürosunun məlumatına görə, şəhər ərazisində avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Qəza nəticəsində 1959-cü il təvəllüdlü Q. Səfərova ölüb.
Xəsarət alanlar isə 1987-ci il təvəllüdlü İ. Məmmədova, 2008-ci il təvəllüdlü P. Məmmədova, 2024-cü il N. Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.











