Gəncədə avtomobil beton divara çırpıldı -sürücü öldü

  • By admin
  • 10 Oktyabr 2016 20:12

big_1409914710_qeza

 

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saat 19:00-da şəhərin “İmamzadə” kompleksinə gedən yolda 20 CK 079 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü, Samux rayon sakini, 1986-cı il təvəllüdlü Əli Hüseynov idarəetməni itirərək yol kənarındakı beton divara çırpılıb. O, yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info