Gəncədə avtomobil iki piyadanı vurub

  • By admin
  • 27 Dekabr 2017 20:15

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsində VAZ 2106 markalı minik avtomobili iki piyadanı vurub.

Ağır xəsarət alan piyadalar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info