Gəncədə avtomobil küçəni süpürən qadını vuraraq öldürüb

  • By admin
  • 28 May 2017 23:19

tecili-yardim-masinina-yol-vermeyen-suruculer-cezalandirilacaq

 

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu süpürən Təmizlik İdarəsinin işçisi olan qadını vurub. Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Gununsesi.info