Gəncədə avtomobil ustası müştərisinə xəsarət yetirdi

Gəncədə avtomobil ustası mübahisə zəminində müştərisinə xəsarət yetirib.

Gununsesi.info məlumatına görə, hadisə Gəncə şəhər ərazisində yerləşən avtomobil sexlərinin birində baş verib.

HTML tutorial

Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Emin İsmayılovla avtomobilini təmir edən usta arasında ödəniləcək vəsaitlə bağlı mübahisə yaranıb.

Bu zaman avtomobil ustası müştərisinə kəsici alətlə xəsarət yetirib. Xəstəxanaya aparılan E.İsmayılovun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info