Gəncədə avtomobil yanıb

  • By ilhame
  • 04 Yanvar 2024 22:41

Gəncədə yanğın hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

 

Belə ki BMW markalı minik maşını hərəkətdə olan zaman anidən yanmağa başlayıb.

 

Dərhal hadisə yerinə FHN-in Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

 

Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb, minik maşınının qalan hissəsi yanğından mühafizə edilib.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.

Gununsesi.info