
Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Gununsesi.info xəbər verir ki, dünən şəhər sakini 1936-cı il təvəllüdlü Vəliyev Əjdər yaşadığı evin qarşısında, Gəncəvi küçəsində “Opel” markalı avtomobil tərəfindən vurulub.
Piyada müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Ə. Vəliyev bu gün həyatını itirib.
Gununsesi.info