Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata görə, Gəncə şəhəri, Nizami rayonu ərazisindən keçən kanalda 1 nəfər azyaşlının batdığı ehtimal edilir.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.
Gununsesi.info