Gəncədə bədbəxt hadisə - ARVADINI VƏ QAYINATASINI BIÇAQLADI

  • By admin
  • 02 Sentyabr 2017 10:30

Bicaqlama

Gəncədə qadın bıçaqlanıb. 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1975-ci il təvəllüdlü Fərqanə Bayramovadöş qəfəsinin və qulağın kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb. F.Bayramovanın işləməsinə etiraz edən həyat yoldaşı gecə işdən çıxan zaman ona bıçaqla hücum çəkib.

Onu da qeyd edək ki, mübahisə zamanı tərəfləri sakitləşdirməyə çalışan qadının atası 1951-ci il təvəllüdlü Mübariz Alsanov da xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info