
Gəncə şəhəri, Nizami rayonunda sahibi məlum olmayan ümumi sahəsi 72 m2 olan ikimərtəbəli dönərxananın 1-ci mərtəbəsində dönər bişirmə avadanlığı və içərisində olan əşyalar 6 m2 sahədə yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğınsöndürənlər tərəfindən dönərxanadan 5 ədəd 5 litrlik qaz balonu çıxarılıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info