Gəncədə bıçaqlanma hadisəsi olub

  • By Günel
  • 11 Yanvar 2025 19:15

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Yeni Qəsəbə adlanan ərazidə qeydə alınıb.

Ağdam rayon sakini, 39 yaşlı Pərviz Qasımov Kəlbəcər rayon sakinini bıçaqlayıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Vəziyyəti orta ağırdır. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir.

Hadisəni törədən şəxs maşın ustasıdır.

Gununsesi.info