Gəncədə çətənə kolları məhv edildi – FOTO

  • By admin
  • 23 İyun 2021 20:43

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Natavan 2 qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, ümumi çəkisi 1320 kiloqramdan artıq olan, 2676 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

HTML tutorial

Gununsesi.info