Gəncədə çay evi yanıb

  • By admin
  • 03 Aprel 2017 07:20

ev yanib

Gəncədə yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 67 m² olan birmərtəbəli 3 otaqlı çay evinin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə, 2-ci otağın giriş qapısı və tavanı 12 m² sahədə yanıb.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info