Gəncədə evə basqın edilib və 2 nəfər bıçaqlanıb.
Gununsesi.info xəbər verir ki, hadisəMəhsəti Gəncəvi qəsəbəsində baş verib.
Bıçaq xəsarəti alan 1991-ci il təvəllüdlü T.Quliyev və 1981-ci il təvəllüdlü Ə.Ələsgərov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Zərərçəkmişlərin bildirdiyinə görə, onları evə basqın edən bir neçə nəfər bıçaqlayıb.
Qeyd edək ki, xəsarət alanlardan biri ev sahibi, digəri isə həmin evdə qonaq olub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info