Gəncədə evdə qaz balonu partladı -XƏSARƏT ALAN VAR

Gəncədə evədə partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

HTML tutorial

Qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Ələkbərova bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, 41 yaşlı qadın yaşadığı evdə qaz balonunun patlaması nəticəsində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info