Gəncədə evlər su altında qaldı, sakinlərə ziyan dəydi

Gəncədə güclü yağış fəsadlar törədib.

Gununsesi.info APA-ya istinadla bildirir ki, bu gün səhər saatlarında leysan yağışdan sonra gələn sel suları bir neçə küçədən keçib. Nəticədə xeyli evlər və həyətlər sel suların altında qalıb. Sakinlərə ziyan dəyib. Bundan başqa, yağış suları həmin ərazilərdə avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaradıb.
Qeyd edək ki qeyri-sabit hava şəraiti ötən gün bir çox bölgədə ciddi fəsadlar törədib.